Bilik yarışı

Məktəbimizdə müntəzəm  şəkildə direktor A.Əzizovanın xüsusi nəzarəti ilə müxtəlif yaşlı şagirdlər arasında elm-bilik yarışları keçirilir.Bele yarışlardan biridə oktyabr ayının payına düşdü.I-IX sinifləri əhatə edən yarışlarda hər iki bölmə (Az-rus) iştirak edirdi.Suallar Azərbaycan dili riyaziyyat ingilis dili və dünyagörüşü əsasında tərtib olunmuşdu.Məktəbin Azərbaycan dili və ədəbiyyat, riyaziyyat,ingilis dili müəllimləri kitabxanaçılar sualların hazırlanmasında yaxından iştirak etmişlər.Şagirdlər viktorinalarda fəal iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Viktorina suallarının video materiallarla təqdim olunması daha maraqlı təsir bağışladı.Suallararası fasilədə bacarıqlı şagirdlərin söylədiyi  şeirlər isə daha böyük uğurların müjdəsi kimi yadda qaldı.Keçirilən viktorinalar təkcə bilikli şagirdlərin deyil həm də xüsusi istedadların üzə çıxmasında özünəməxsus rol oynayır.

Gərgin sağlam rəqabət şəklində davam edən viktorinalarda şagirdlərimizin göstərdiyi nəticələr aşağıda göstərilən qaydada fərqləndirilir.1D 1B 5A 6B 7A 9A

8A 8Ç sinifləri iki dəfə yarışa qatılsalar da bərabər nəticə göstərərək 1 yerə layiq görüldülər.Keçirilən yarişlarda iştirak edən hər şagird bir daha elmin biliyin hər şeydən güclü olduğunun şahidi oldu.Böyük Nizaminin illər əvvəl söylədiyi kimi “Qüvvət elmdədir başqa cür heç kəs,heç kəsə üstünlük eyləyə bilməz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi