"Çörək Günü"

Hər bir şəxsin bir amalı,bir məramı olmalıdır.Vətən sevgisi,Vətən qarşısında öz borcunu dərk etmək!Bizim borcumuz Vətəni,doğma torpağımızı qorumaq,ona xidmət etmək,onu dərindən sevə bilməyimizdir.Bu sevgini biz müəllimlər əgər şagirdlərimizə sevə-sevə aşılaya biliriksə,onların körpə qəlblərində Vətən sevgisi yarada biliriksə deməli biz də Vətənimiz qarşısında öz borcumuzu ödəmiş oluruq.Azərbaycanımızın köməyinə çatmış oluruq.16 Oktyabr bolluq və bərəkət rəmzi olan” Çörək günü”dür.Xalqımızda çox gözəl bir adət var.Böyüklər həmişə kiçiklərə nəsihət edirlər ki,yerdə çörək parçası görəndə onu qaldırıb öpmək və uca bir yerə qoymaq lazımdır.Bütün bunlar göstərir ki,xalqımız çörəyə müqəddəs bir nemət kimi,bərəkət kimi qiymət verir və onu uca tutur.Çörək əvəzedilməz nemətdir.Məktəbin 1 "B"sinif rəhbəri Muxtarova Təranə və sinif şagirdləri bu günü təntənəli şəkildə qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi