Poçt günü

9 Oktyabr Beynəlxalq  poçt işçiləri günüdür.Poçt yarandığı vaxtdan bu günə kimi bu peşənin sahibləri insanlara poçt vasitəsilə müxtəlif xəbərlərin və bağlamaların çatdırılmasında xüsusi xidmət göstərmişlər.Texnikanın zəif inkişaf etdiyi zamanlarda,mobil telfonların,hətta adi telfonların belə hər evdə olmadığı bir zamanda bu işin nə qədər gərəkli olduğunu təsəvvür etmək o qədər də çətin deyil.İllər keçir poçtun fəaliyyəti də öz əvvəlki funksiyasını nisbətən dəyişməli olur.Mobil telefonlar,internet hamımızın həyatının ayrılmaz hissəsinə çevrilsə də poçt bu gün də insanlara gərəkli olaraq qalmaqdadır.Məktəbimizin şagirdlərinin sərhədlərimizi qoruyan əsgərlərimizə yazdıqları məktublarda insanlarına elə poçt vasitəsilə çatdırılır.Bu gün neçə evlərə şad xəbər çatdırmış poçt işçilərinin peşə bayramını təbrik edir,onlara daim xoş xəbərlər elçisi olmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi