Pedaqoji iclas

Yeni dərs ilinin ilk Pedaqoji şurası 13.09.2019 tarixində baş tutdu.İclası giriş sözü ilə açan direktor A.Əzizova pedaqoji heyyəti yeni dərs ili münasibəti ilə təbrik edərək onlara uğurlar arzuladı.Pedaqoji şurada gündəlik məsələlər səsə qoyularaq qəbul olundu.Direktor məktəbə yeni təyin olunmuş müəllimləri kollektivə təqdim etdi,daha sonra Aygün xanım müəllimlərin ənənəvi konfransı zamanı qarşıya qoyulan vəzifələrdən bəhs etdi.Təhsil naziri C.Bayramovun F-531,F-318 nömrəli 06.09.2019-cu il tarixli əmrindən irəli gələn vəzifələr direktor tərəfindən geniş şəkildə izah edilərək müzakirə olundu.Direktor müavini L.Sadıqova əmrin müddəları barədə qısa məlumat verdi.Təhsilin bütün sahələrini əhatə edən bölmələrində yeni dərs ilinin bütün fəaliyyət planı öz parlaq əksini tapmışdır.Müzakirələrdə diqqətəlayiq çıxışı ilə fərqlənən fizika müəllimi Telli Həşimova maraqlı təkliflər irəli sürdü.Ali məktəblərə qəbul olmuş məzunlarımız barədə məlumat verən A.Əzizova onların adını qürurla çəkdi.IX-XI siniflər üzrə buraxılış imtahanında şagirdlərimizin göstərdiyi nəticələri təhlil edilərək nəzərə çarpan irəliləyişlərin olduğu bildirildi.Direktor A.Əzizova nəticələrə görə müəllimlərə təşəkkürünü bildirərək onların əməyini yüüksək qiymətləndirdi.Təsərrüfat işləri üzrə direktor müavini Ə.Əlixan müəllim məktəbin təsərrüfat baxımından yeni dərs ilinə tam hazır olduğunu bildirərək məktəbə quraşdırılmış təhlükəsizlik vasitələri barədə məlumat verdi.Direktor müavini Ü.Nuriyeva müəllimlərə dərslərə məsuliyyətlə və vətəndaşlıq qayğısı ilə yanaşmağa tövsiyyə etdi.Sonda iclasda qarşıya qyulan məsələlər səsə qoyularaq qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi