Son zəng

Bu gün məktəbimizdə xüsusi canlanma var.Axı biz on bir il təhsil verdiyimiz şagirdlərimizi müstəqil həyata yola salırıq.Al-əlvan geyimli oğlan və qızların şən-şaqraq səsləri doğma məktəb divarlarını aşaraq ətrafa yayılır.Doğma müəllimlərin,valideynlərin üzündə sevinc qarışıq həyəcan var.Məzunlar sevincin,şadlığı sonsuz ünvanında yelkənsiz qayığa bənzəyirdilər.Tədbiri giriş sözü ilə açan direktor A.Əzizovanın dolğun mənalı çıxışı hər kəsi duyğulandırdı.On birincilərin bir-birini əvəz edən çıxışları,mahnıları ətrafa xoş ovqat saçırdı.Məzunların,müəllimlərin çıxışları isə övladının məzun sevncini yaşayan valideynlərin hisslərinin ifadəsinə çevrildi.Bu il məktəbimizin məzunları arasında yüksək bal toplayaraq ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticə göstərmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi