Ramazan bayramı

Ramazan bayramı İslam aləminin iki ən böyük bayramlarından biridir.Bir ay ərzində ac qalaraq nəfsi sınağa çəkilən hər bir insan Allah qarşısında,insanlıq qarşısında öz məsuliyyətini dərk edərək daha imkansızların köməyinə tələsir.Məktəb olaraq mütəmadi şəkildə şagirdlərlə dini dəyərlərimiz barədə məlumat verir,bayramlarımız,dinimiz matəm ayı haqqında söhbət açırıq.Bu gün isə bayramdır.Şəfqət,qayğı,qardaşlıq bayramı.Sözügedən bayramla əlaqədar məktəbə dəvət olunmuş din xadiminin çıxışı hər kəsin marağına səbəb oldu.Direktor A.Əzizova bayram münasibəti ilə müəllim və şagird kollektivini təbrik edərək hamıya sağlam iradə,sağlam həyat tərzi arzuladı.Natiq onu da qeyd etdi ki,dövlətimizin də,dinimizin də qarşımıza qoyduğu ən böyük vəzifə də elə budur.İradəli,inamlı,imanlı insanlar yetişdirmək missiyası...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi