Uğurlarımız

Artıq dərs ilinin başa çatmasına saylı günlər qalır.Bu tədris ilində qazandığımız uğurları,sevindirici nəticələri yada saldıqca haqlı olaraq qürur hissi keçiririk.Məlumdur ki,məktəbimizdə layihələr keçirmək artıq ənənə halı almışdır.Şagirdlərimizin ictimai işlərdə iştirakı onların fəal vətəndaş kimi tərbiyə olunmasında xüsusi önəm daşıyır.Bir-birindən maraqlı tədbirlər,viktorinalar,idman yarışları dediklərimizə əyani sübutdur.Dərs ilinin bitməsi ilə əlaqədar keçirilən tədbirlərdə seçilən şagirdlər daim nəzarətdə saxlanılaraq mükafatlandırılır.Sertifikatlarla mükafatlandırılan şagirdlərin qazandıqları uğurların sevinci onların üzlərindən oxunur.Bu sevinc isə təməldir,daha böyük işlərin uğurlu təməli!