7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə uşaq atletikası ilə məşğul olanlara çatıb.“Zirvə” Beynəlxalq İdman Klubları, Azərbaycan Atletika Federasiyası və Avropa Atletika Assosiasiyasının boirgə təşkilatçılığı ilə AAAF Parkın mərkəzi meydançalarında maraqlı uşaq atletikası yarışları təşkil olundu. Ölkənin müxtəlif region və şəhərlərindən gələn uşaqların iştirakı ilə keçirilən turnir çox maraqlı və şən əhval-ruhiyyə ilə müşayiət olundu. 60-dan çox uşağın qatıldığı yarışmada iştirakçılar medal mübarizəsi aparmaqla yanaşı, xoş vaxt keçirdilər, əyləndilər. Ümumiyyətlə, uşaq atletikası yarışlarının təşkilində məqsəd uşaqları idmana cəlb etmək, onlarda maraq oyadaraq idmanı ilk fikir kimi əyləncə olaraq təqdim etməkdir. Bu yarışlarda uğur qazanan uşaqlar istənilən növ üzrə məşqlərə hazır olurlar. Uşaqlarda əsasən fiziki keyfiyyətlər – sürət, güc hazırlığı, dözümlülük, cəldlik və çeviklik inkişaf etdirilir. Qaydalara görə, uşaq atletikası 7-8, 9-10 və 11-12 yaşlı uşaqlar arasında keçirilir. Qaçış-sprint, tullanma və atış olmaqla 3 yarış qrupuna bölünməklə qaliblərin komanda şəklində müəyyən edilməsi də yarışa maraq qatır.10 komandanın qüvvəsini sınadığı yarışlarda uşaqlar proqrama uyğun olaraq top və nizə atma, sədlərlə estafet, çarpaz tullanma və ip atma kimi növlərdə fərqlənməyə çalışdılar. 30 metr məsafəyə qaçış yarışları xüsusi diqqətlə izlənilirdi. Burada qızlarda Zəhra Heydərli finiş xəttinə bütün rəqiblərindən öncə çataraq qızıl medala sahib çıxdı. Gümüş medal Röya Quliyeva, bürünc idə Semiha Qurbana qismət oldu. Oğlanlarda isə bu məsafədə Amin Yaqubov qələbə qazandı. Sonrakı yerləri müvafiq olaraq Mətləb İmanov və Xəyal Qədimov tutdular. Komanda yarışında isə qızıl medalçı adına Nizami rayonu 251 nömrəli məktəb layiq görüldü. İkinci yerdə “Çempionlar”, üçüncü yerdə isə “Mübarizlər” qərarlaşdılar.Mükafat qazanan idmançılara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma

kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi