Birincilərin şənliyi
1 "Ç" sinif rəhbəri K.Xəlilovanın şagirdləri ilə təşkil etdiyi bayram tədbiri də öz fərqliliyi ilə yaddaqalan oldu.Respublika gününə,əlifba hərflərinə,uşaqların müdafiə gününə həsr olunmuş şeirlər,mahnılar,rəqslər balacaların xüsusi istedadından xəbər verirdi.Milli geyimli oğlan və qızların ifa etdikləri rəqslər xalqımızın zəngin musiqi mədəniyyətindən xəbər verirdi.Tədbirdə şagirdlər,müəllimlər və valideynlər iştirak edirdilər.Mərasimin sonunda direktor A.Əzizova,sinif rəhbəri K.Xəlilova,valideynlər çıxış edərək şagirdlərə uğurlar arzuladılar.