Dünya uşaqların gözü ilə

Uşaqların beynəlxalq müdafiə günü münasibəti ilə Nizami rayon məktəblilərinin nümayəndələri məktəbimizin həyətində təşkil olunmuş asfalt üzərində rəsm müsabiqəsinə qatıldılar.Rəngli təbaşirlər vasitəsilə şagirdlər asfalt üzərində mövzunu əks etdirən öz təxəyyüllərinə uyğun rəsmlər çəkdilər.Bəli dünya bu gün məktəbimizin körpələri gözündə al-əlvan,çıçək qoxulu,qayğısız görünürdü.İllər keçərək bu fidanlar boy atacaq .Ey böyüklər gəlin bu balacaların nağıl dolu rəngli dünyalarını ləkələnməyə qoymayacaq.Onların mas-mavi səmalarını,barıt tüstüsü ilə,müharibə alovu ilə qaraltmayın.Axı onların nəsillər keçsə də dəyişməyən arzusu var.
Qoy həmişə günəş olsun!
Qoy həmişə anam olsun!
Qoy həmişə göylər olsun!
Mən də olum həmişə!