Xüsusi hallar haqqında əmr

Məktəb rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirinin 15 noyabr 2016-ci il tarixli 728 nömrəli “Xüsusi hallar barədə” əmri kollektivin nəzərinə çatdırıldı.Hər bir bənd barədə geniş məlumat verən direktor A.Əzizova bu əmrin hər bir müəsisənin gündəlik fəaliyyətində necə böyük önəm daşıdığını vurğuladı.Bu əmrə əsasən məktəblər digər əlaqədar qrumlarla daha sıx əlaqədə olmalı və qarşıya çıxan neqativ halların aradan qaldırılmasında birgə fəaliyyət göstərməlidir.Əmrdən irəli gələn vacib məqamlardan biri də şagirdlərin,müəllim və işçilərin fiziki psixoloji və mənəvi sağlamlığının xüsusi nəzərdə saxlanmasıdır.Təsadüfi deyildir ki,konkret ünvanlar göstərilməklə qarşıya çıxa biləcək hər hansı bir çətinlikdə kömək ala biləcəyimiz müəsisələrin adları aydın şəkildə öz ifadəsini tapmışdır.Sözügedən əmr bir daha dövlətimizin hər bir vətəndaşın sağlamlığına,gündəlik iş fəaliyyətinin təhlükəsizliyinə diqqət və qayğının növbəti ifadəsi oldu.