Respublika günü

28 may 1918-ci il Şərqdə ilk müstəqil Respublikanın yaranması tarixdir.M.Ə.Rəsulzadənin rəhbərliyi ilə müstəqilliyini elan etmiş Respublika xalqımızın dövlətçilik tarixinə layiqli işlərilə imza atdılar.Təsadüfi deyildir ki,bu gün fəxr vəqürurla saydığımız bir çox ilklər məhz müstəqil Respublikanın adı ilə bağlıdır.Hər il 28 may tarixi Respublika səviyyəsində təntənəli şəkildə qeyd olunur.Məktəbimizdə dərsdən əvvəl direktor A.Əzizovanın təşkilatçılığı ilə keçirilən toplantı da bu məqsədlə baş tutdu.Aygün xanım kollektivin simasında xalqımızı bu önəmli gün münasibəti ilə təbrik edərək sözügedən hadisənin əhəmiyyətindən bəhs etdi.Tarix müəllimi X.Əzizova müstəqillik tariximizdən,dövlətçilik ənənələrimizdən söhbət açdı.Şagirdlər istiqlalımızı tərənnüm edən şeirlər söylədilər.Məktəbimizin foyesində şagirdlərin hazırladığı sərgidə müstəqillik bayramına onların kiçik töhvəsi idi.