3"E"sinfinin muzeylərə ekskursiyası

Beynəlxalq muzeylər günü ilə əlaqədar 3 "E" sinif rəhbəri C.Ziyarət öz şagirdləri ilə Bakı Xalça Muzeyində olmuşlar.Ekskursiya iştirakçılarına muzeyin yaranma tarixindən,muzeydəki eksponatlar haqqımda,onların əhəmiyyəti barəsində məlumat verildi.Mədəni-mənəvi irsimiz sayılan qədim Quba,Şirvan,Qarabağ xalçaları milli ornamentlərlə bəzədilmiş zərgərlik əşyaları və digər əşyalar uşaqların böyük marağına səbəb olmuşdur.Daha sonra şagirdlər xalçaların toxunulma prosesi ilə yaxından tanış oldular.Ekskursiya İçəri şəhərdə gəzinti ilə başa çatdı.