Ulduz şokolad zavoduna ekskursiya

Məktəbin 4 "C" sinfinin rəhbəri T.Muxtarova şagirdləri üçün ekskursiya təşkil etdi.Əvvəlcə ekskursiya iştirakçılarına şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olundu.Baxılan videoçarx müzakirə olundu.Daha sonra uşaqların istehsal sahəsinə gəzintisi təşkil olundu.Gəzinti zamanı uşaqlar şokoladın hazırlanması və qablaşdırılmasını izləyə bildilər.Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şərait yaradıldı və uşaqları maraqlandıran suallar cavablandırıldı.Bu ekskursiya şagirdlərin yaddaşında uzun müddət qalacaq.