Balaca Zaurun hekayəsi

Qəhrəmanımız o qədər də böyük olmayan 8 km qəsəbəsinin balaca sakinidir. O 251 № -li məktəbin IV-sinfində oxuyur. Sinif yoldaşları ilə,müəllimləri ilə münasibətdə həmişə seçilən Zaur hələ kiçik yaşlarından məktəbdə keçirilən tədbirlərə xüsusi maraq göstərir. Ulu rəhbər Heydər Əliyev, Prezidentimiz İlham Əliyev, Respublikamızın vitse-prezidenti Mehriban Əliyeva haqqında söhbətlər böyük sələfin layiqli xələflərinin xalqımızın rifahının yaxşılaşması yolunda gördükləri işlər kiçik Zaurun hafizəsində dərin izlər buraxıb. Hər dəfə televiziya qarşısında bu böyük nəslin hər bir üzvünün vətənimizin tarixinə yazılacaq işlər gördüyünün şahidi olduqca onun kiçik qəlbində böyük arzu baş qaldırdı. Kaş o gün olaydı ki, mən Leyla xanımı yaxından görəydim. Zaur bu arzusunu bildirəndə hər kəs onun bu istəyinin əlçatmaz olduğunu düşünürdü. Günlər ötüb keçdi bir gün Heydər Əliyev fondunun vitse-prezidenti və İDEA İctimai birliyinin təsisçisi Leyla Əliyeva öz təşəbbüsü və rəhbərliyi ilə abadlaşdırılmış həyətin açılışına gələcəyi xəbəri dildən-dilə dolaşdı. Nəhayət o gün gəlib çatdı. Hamı başdan-başa gül-çiçəyə qərq olmuş, müxtəlif idman növlərinin təmsil olunduğu əsl parkı xatırladan həyətin açılışına toplaşdı. Səhər yuxusundan duraraq, anasının israrına baxmayaraq hamıdan tez həyətə gələn də elə Zaur oldu. O, qərarlı idi, necə olursa olsun bu gün Leyla xanımı yaxından görməli idi. Ekranlardan bəzən yuxularında gördüyü Leyla xanımı görmək istəyi heç bu qədər əlçatan olmamışdı. Get-gedə artan izdiham Zauru bir qədər uzağa salsa da o balaca vücudu ilə irəli can atırdı.Elə bu zaman onu hıçqırıq tutdu. Zaur hönkür-hönkür ağlamağa başladı. İnsan izdihamının içindən Leyla xanım sanki bu kiçik qəlbin çırpıntısını eşitdi. Bir anlıq çevrilib səs gələn tərəfə baxdı, uzaqda bu balaca qaraşın oğlanı gördü. Və o an sanki möcüzə baş verdi. Bəli bu yuxu deyildi. Göylərdən enmiş mələyi xatırladan bu xanım Zauru öz yanına çağırırdı. Ürkək addımlarla Leyla xanıma yaxınlaşan Zaur ona uzanan əli bərk-bərk tutdu. Arzularının qəhrəmanı olan Leyla xanım ona suallar verməyə başladı.Bu qayğıkeşliyin,mərhəmətin,sadəliyin istisi sanki Zauru dilləndirdi. O təhsil aldığı məktəbdən,keçirilən tədbirlərdən, sinif yoldaşlarından, müəllimindən bəhs etdi. Bu zaman Zaur nəyisə xatırlamış kimi 251 № li məktəbin direktoru A.Əzizovanı yada saldı. Axı Aygün xanım təkcə direktor deyil, həm də hər kəsin ikinci anasıdır. Aygün xanımın fəaliyyətindən,gördüyü işlərdən, təlimə, təhsilə diqqət və qayğısından bəhs edən Zaur onun əlindən tutaraq Leyla xanımın yanına gətirdi. Gözəl,səmimi dialoq hamının diqqətini cəlb etdi. Bütün tədbir boyu Leyla xanımın əindən tutaraq həyəti gəzən Zaur artıq istəyinə çatmışdı. Nəhayət, toplantı başa çatdı, qəhrəmanımız həyəti lap axırda tərk edənlərin sırasında idi, axı ən böyük arzusu reallaşmışdı. Tezliklə bu xəbər bütün məktəbə yayıldı, hamı Zaurun cəsarətindən danışırdı.Tədbirdən bir neçə gün sonra məktəbə Zaurun adına bir bağlama gəldi. Xeyirxahlığı, mərhəməti, mehribanlığı ilə hamıya nümunə olan Leyla xanım Zaura son model mobil telefon hədiyyə göndərmişdi. Həyatının ən gözəl hədiyyəsini alan qəhrəmanımız o möcüzəli görüşü xatırlayaraq gülümsədi. Bir anlıq ovuclarında o mehriban əlin istisini hiss etdi. Haqqında bəhs etdiyim Zaur Leyla xanımın, dünyanın tanınmış siyasi simaları ilə bir sırada dayanan prezidentimiz İlham Əliyevin,onun xanımı Mehriban Əliyevanın qəlbini sevindirdiyi milyonlardan biridir. Bəhs etdiyim bu hadisə kiçiyindən tutmuş ağsaqqalına qədər hamıya mərhəmət və qayğı ilə yanaşan böyük rəhbərin layiqli davamçılarının, xalqımızın yüz illərə söykənən dəyərlərinə varis sahibliyinin bariz nümunəsi kimi yaddaşlarda iz saldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi