Əlifba bayramı

Dərs ilinin başa çatmasına az qalıb.Birincilərin əlifba həyəcanı isə hələ davam edir.Axı onlar bu gün “Əlifba bayramı”na hazırlaşırlar.1 “E” sinfinin müəllimi C.Ziyarət xanım öz şagirdləri ilə əlifbanın işığına toplaşdılar.Əlifba bayramı direktor A.Əzizovanın,direktor müavinləri E.Ələndərova,Ü.Nuriyeva,L.Sadıqova,valideynlər və şagirdlərin iştirakı ilə baş tutdu.Şagirdlər əlifba ilə bağlı video materialları,müəllimlərin tövsiyyələrini böyük maraqla izlədilər.Şagirdlər bir-birindən gözəl şeirlər söyləyərək ,mahnılar oxudular.Birincilərin hazırladıqları səhnəciklər tədbirə xoş ovqat qatdı.Sonda direktor A.Əzizova birinciləri əlifbanı bitirməyi münasibəti ilə təbrik edərək onlara qarşıdakı təhsil illərində uğurlar arzuladı.