Abad həyətimiz

Heydər Əliyev fondunun vitse-prezidenti,ideya ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəldilmiş "Bizim həyət" layihəsində növbəti həyət bizim məktəbimizin lap yaxınlığında yerləşən həyət oldu.Şagirdlərimizin,müəllimlərimizin əksəriyyətinin yaşadığı sözügedən həyətin təmiz olunması hamımızın sevincinə səbəb oldu.Həyətdə yaradılmış şərait gənc nəslin idmanın müxtəlif növlərinə maraq oyadacaq qədər mükəmməl və nəzərəçarpandır.Uşaqlar üçün müxtəlif əyləncə vasitələri,sakinlərin dincəlməsi üçün rahat oturacaqlar,başdan-başa yaşıllıqlara,gül-çiçəyə bürünmüş həyət doğurdanda abadlıqdan,səliqə-səhmandan xəbər verir."Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılışında bu böyük ideyanın müəllifi Leyla xanımın iştirakı sakinlərin böyük sevincinə səbəb oldu. Şagirdlərimiz müxtəlif idman oyunlarında öz bacarıqlarını nümayiş etdirdilər.IX sinif  şagirdi S.İbişovanın söylədiyi "Ulu rəhbər" şeri isə alqışlarla qarşılandı.Bütün və ya bu digər tədbirlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsi kimi hər kəsin yaddaşında dərin izlər buraxacaq onları ölkəmiz vətən uğrunda daha böyük işlərə sövq edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi