Şuşanın işğal günü

8 may Şuşasızlığımızın ildönümüdür.Baharın bu çağında gözəllikləri ilə bütün füsünkarlıqlara meydan oxuyan Şuşanı xatirələrdə axtarırıq.Bizi o dəhşətli tarixdən xeyli zaman ayırsa da yetişməkdə olan nəsli Şuşa,onun tarixi,təkrarsız varlığı ilə bağlı olduğu kim məlumatlandırmaq hər birimizin vətəndaşlıq borcudur.Bu baxımdan məktəbimizdə məqsədyönlü tədbirlər keçirilir.7 may tarixində dərsdən əvvəl keçirilən toplantı da sözügedən mövzuyla bağlı idi.Toplantını giriş sözü ilə açan direktor A.Əzizova,fizika müəllimi T.Həşimova,direktor müavini E.Ələndərova,tarix müəllimi X.Əzizova və başqaları Şuşanın maddi-mənəvi sərvətləri,tariximizdəki yeri barədə məlumat verdilər.Mənfur düşmənlərimizin Şuşada,digər işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər barədə söhbət açıldı.İbtidai sinif,7- ci sinif şagirdlərinin söylədiyi şeirlər dinləyicilərdə vətən həsrəti ilə bərabər düşmənə nifrət hisslərinin bədii ifadəsinə çevrildi.Sonda Şuşaya,Qarabağa müzəffər yürüşü uzaqda olmadığına əminlik bildirildi.