XƏZƏR Universiteti DÜNYA məktəbində BEYNƏLXALQ TƏHSİL FORUMU

XƏZƏR Universiteti DÜNYA məktəbində BEYNƏLXALQ TƏHSİL FORUMU işə başladı. “AÇIQ DÜŞÜNCƏ… QLOBAL YANAŞMA” mövzusunda keçirilən forumu giriş sözü ilə XƏZƏR Universiteti və DÜNYA Məktəbinin təsisçisi professor Hamlet İsaxanlı açaraq konfransın işinə uğurlar arzuladı.Daha sonra Beynəlxalq Bakalavr Təşkilatı, inkişaf mərkəzinin rəhbəri Vedrana Pavletic, Binəqədi İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva və digər nümayəndələr çıxış edərək elm və təhsilin qloballaşan dünyada inkişafın ən mühüm amili olduğunu qeyd etdilər. Həmçinin bildirildi ki, qloballaşma sadəcə bu günümüzün məsələsi deyil, o həm də övladlarımıza miras qoyacağımız gələcəklə bağlıdır. Məhz buna görə də, gələcəyi düşünən hər kəsi bu sual narahat etməlidir: “İbtidai və orta məktəblər milli kimliyimizi qoruyaraq, bugünkü şagirdləri qlobal cəmiyyətin uğurlu fərdləri olmağa necə hazırlayır?”
Məqsədi bu məsələləri müzakirə etmək, mövcud problemləri həll etmək, peşəkarlıq baxımından inkişaf etmək, fikirləri bölüşmək, çıxış yolları tapmaq, imkanları araşdırmaq üçün tədqiqatçılar, təcrübəçilər və bütün təhsil işçilərini bir araya gətirmək olan forum 2 gün – 4-5 mayda davam edəcək..
Qeyd edək ki, forumda dünyanın müxtəlif ölkələrindən gələn elm adamları, təhsil işçiləri, eyni zamanda ölkəmizin bir çox regionlarından nümayəndələr iştirak edirdilər.