Tarixin naxışları

Məktəbin texnologiya müəllimi Ə.İntizar xanım 7"D" sinifində açıq dərs keçirmişdir.Dərsdə qonaq qismində məktəbin direktoru A.Əzizova,direktor müavini E.Ələndərova,ibtidai sinif müəllimləri iştirak etmişdilər.Dərsin mövzusu "Milli naxışlar,milli geyimlər" idi.İntizar xanım əvvəlcə şagirdlərə əyani olaraq milli geyimlər,araqçın,kəlağayı göstərərək onlar haqqında məlumat verdi.Bu geyimlərin tarixindən,onları bəzəyən milli ornamentlərdən bəhs etdi.Sözügedən geyimlərin hansı bölgələrdə daha ustalıqla hazırlanmasından,onların xalqımızın etnoqrafik tarixində oynadığı roldan bəhs edildi.3 qrupa bölünən şagirdlər "Kəlağayı","Araqçın", "Milli geyim" adı altında öz qruplarının adına uyğun geyimlərə milli naxışlar vurdular.İntizar xanım sonda əl işlərini qiymətləndirdi.Dərsi müşahidə edən A.Əzizova və digər müəllimlər öz mülahizələrini söyləyərək keçilən dərsi yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi