İnsight komandasının uğuru

Aprelin 6-da ADA Universitetində “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib.1998-ci ildən etibarən Danimarkanın “Lego Education” və ABŞ-ın “First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir.2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır.Keçirilmiş yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.Tədbirin sonunda turnir iştirakçıları medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunublar. Nizami rayon 251 nömrəli tam orta məktəbi  İnsight komandası  ilə olimpiada da müvəffəqiyyətlə iştirak etmişdir. Komanda rəhbəri Natavan Feyzullayeva və komandanın üzvlərinə Babayev Ağababa, Cəbrayılov Rəsul, İbişova Səbinə,Yılmaz Rəşad ,Həsənov Bəhram , Allahyaraova Bilqeyis uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi