FLL-də məktəbimizin komandası

    Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Təhsil Nazirliyinin sifarişinə əsasən, 5 ümumi təhsil müəssisəsi “Lego Education Mindstorms EV3” təhsil robotları ilə təmin olunub və 15 ümumi təhsil müəssisəsinə də avadanlıqlar paylanılıb. Bu məktəblərdən biri də Nizami rayonu 251 nömrəli tam orta məktəbdir. Məqsəd müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və İKT-nin tədris prosesində geniş istifadəsinin təmin olunmasıdır.
   Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar.
Bu yarışda məktəbimizdən 251 nömrəli məktəb komandasının rəhbri Natavan Feyzullayevadır. Komandanı 3 yaş qrupundan olan şagirdlərdən ibarət 6 nəfərlik heyyət təmsil edəcək. Komandanın adı “Insıght”dır. Bu adı komandamız renesans fikirlərinin simvolu olaraq özünə götürmüşdür.

Komanda heyəti:Cəbrayılov Rəsul, Rəşad Yılmaz, Həsənov Bəhram, İbişova Səbinə ( 9-cu sinif ), Əbilova Bilqeyis ( 6-cı sinif ), Babayev Ağababa ( 10-cu sinif ).Komanda yarışda iştirak üçün tələb olunan bütün resursları toplayıb və səbirsizliklə yarış gününü gözləyir.Xatrıladaq ki, FLL yarışı aprelin 6-ı ADA-da keçiriləcək və qaliblər 21-25 may tarixində Türkiyənin İzmir şəhərində keçiriləcək Beynəlxalq Açıq Birincilikdə iştirak hüququ qazanacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi