Bakı şəhəri üzrə atletika birincilyimiz

Gənclər və İman Nazirliyi,Azərbaycan Respublikası Təhsil Nazirliyi,Milli Olimpiya Komitəsi,Azərbaycan Məktəbli İdman Federasiyasının birgə dəstəyi ilə 1 aprel Respublika Olimpiya Mərkəzində atletika üzrə məktəblilər arasında respublika çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.Belə ki,yarışın rayon mərhələsinin qalibi olan komandamız 100 m,200 m,400 m məsafələri üzrə yarışıblar.Qeyd edək ki,yarışda Bakı şəhərinin bütün rayonlarının ən güclü komandaları çıxış edirdi.Komandamızı yarışda Ramazanov Riad (6 "D"),Mehdiyev Hakan (5 "C"),Allahyarov Məhəmməd (6 "C"),Zeynalova Zeynəb (6 "D"),Vəlixanova Zarina (5 "G"), Mustafayeva İntizar (5 "G") təmsil edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardı.Növbəti mərhələyə vəsiqə qazanaraq artıq Bakı şəhərini komandamız təmsil edəcək. Respublika çempionatında komandamıza uğurla arzu edək.Yarışa şagirdləri məktəbin fiziki tərbiyə müəllimi Baxşıyev Fariz hazırlamışdır.