Gülüş günü

1 Aprel bütün dünyada gülüş günü kimi qeyd olunur.Gülüş insan ömrünü uzadır,ona xoş ovqat bəxş edir.Təbəssüm etmək hər bir insanın digərlərinə ötürə biləcəyi ən gözəl xüsusiyyətidir.Kiçik bir təbəssüm bəzən günlərin yorğunluğuna xətt çəkə bilir.Qoy xoş gülüş,şirin zarafatlar heç zaman insanları tərk etməsin,onların həyatını mənalandırsın.