Pedaqoji şura

Direktor A.Əzizovanın rəhbərliyi və kollektivin iştirakı ilə növbəti pedaqoji iclası keçirildi.Toplantını giriş sözü ilə direktor Əzizova açaraq gündəlikdə dayanan məsələlər barədə məlumat verdi.Aygün xanım keçirilmiş BSQ-lərin nəticələri haqqında siniflər üzrə geniş məlumat verdi.Nəticələrin təhlili zamanı müzakirələrdə müəllimlər yaxından iştirak etdilər."Kenquru Beynəlxalq Riyaziyyat" müsabiqəsi barədə söhbət açan natiq bu məsələyə ciddi yanaşmağın vacibliyini vurğuladı.Sistemli halda əsas fənnlər üzrə monitorinqlərin təşkilindən bəhs edilərəkən bu işdə metodbirləşmə sədrlərinin üzərinə düşən vəzifələrdən söhbət açıldı.İclasda əmək intizam və icra pozulmasına görə intizam məsuliyyəti barədə geniş məlumat verildi.Direktor müavini Ü.Nuriyeva summativ suallarının tərtibatı barədə danışdı.Siniflər üzrə sinif rəhbərlərinin hesabatları dinlənildi.Sinif rəhbərlərindən G.Həsənova,G.Rəsulova,G.Nuriyeva,V.Mütəllimova,R.Xəlilova,S.Xəlilova ötən aylarda siniflərinin iştirakı ilə baş tutan tədbirlərdən söhbət açdılar.Gələn ay üçün nəzərdə tutulan tədbirlər haqqında məlumat da müzakirə duran məsələlər sırasında idilər.Direktor müavini E.Ələndərova davamiyyət və intizam qaydalarına diqqətin gücləndirilməsindən bəhs edərək bu işə xüsusi fikir verilməsini diqqətə çatdirdı.