Ölkəmizi tanıyaq

Artıq beşinci ildir ki, orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.Ötən müddətdə ildə iki dəfə olmaqla 8 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyaların ümumilikdə 17 minə yaxıb iştirakısı olub.Martın 15-18 və 26-29 tarixini əhatə edəcək 9-cu tur-aksiyada 6 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara) 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından ümumilikdə 3400-dək şagird iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq.Hər il məktəbimizin nümayəndəsinin layihədə iştirakı bizim üçün sevincli və qürurvericidir.X-sinif şagirdi Hüseynov Rəvan da bu ilki iştirakçılar sırasında idi.Yurdumuzun qədim guşəsi Naxçıvanın görməli yerlərinin tarixi və coğrafiyası ilə bağlı məlumatlar,təkrarsız təbiət mənzərələri səfərin yaddaqalan məqamlarından idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi