Novruz inciləri

Novruz ənənələrini yaşatmaq məqsədi ilə hər il olduğu kimi bu ildə Nizami Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramına həsr olunmuş "Folklor müsabiqəsi"ində məktəbin şagirdləri qalibiyyət qazanmışlar.Belə ki,vokal nominasiyası üzrə 7 "Ç" sinif şagirdi Muradova Xədicə II yerə,milli rəqs nominasiyası üzrə isə 4 "C" sinif şagirdi Abdıyeva Nəzrin I yerə layiq görülmüş və diplomla təltif olunmuşlar.