FLL IntoOrbit yarışına hazırlıq

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Təhsil Nazirliyinin sifarişinə əsasən, 5 ümumi təhsil müəssisəsi “Lego Education Mindstorms EV3” təhsil robotları ilə təmin olunub və 15 ümumi təhsil müəssisəsinə də avadanlıqların paylanılıb. Bu məktəblərdən biri də Nizami rayonu 251 nömrəli tam orta məktəbdir. Məqsəd müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və İKT-nin tədris prosesində geniş istifadəsinin təmin olunmasıdır.
Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar.Hal-hazırda layihənin ykunlaşdırmaq mərhələsindəyik.
Xatırladaq ki, FLL 2018-2019 Azərbaycan turniri Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Mars Academy” və ADA Universiteti birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi