"Qadınlar bayramı"

8 mart Beynəlxalq qadınlar günü bütün dünya qadınlarının həmrəylik bayramıdır.İnsan həyatında ən əvəzolunmaz varlıqdan ana müqəddəsdir.”Cənnət anaların ayaqları altındadır” kəlamı yüz iilərin o tayından bu günümüzə qədər öz dəyər və qiymətini saxlamaqdadır.Analar,qadınlar təkcə bir gün deyil bütün günlərin qəhrəmanıdırlar.Bəli heç də təsadüfi deyil ki,qadınların bayramı insanlığın bayramı kimi qeyd edilir.Məktəbdə də bu əlamətdar günlə əlaqədar bayram tədbiri keçirildi.Ədəbiyyat müəllimi G.Bədəlovanın rəhbərlik etdiyi XI sinif şagirdləri və R.Əhmədovanın rəhbərlik etdiyi VI sinif şagirdlərinin hazırladığı kompozisiya maraq və rəğbətlə qarşılandı.