"Mülki Müdafiə günü"

1 mart Ümumdünya Mülki Müdafiə günü ilə bağlı məktəbimizdə böyük miqyaslı tədbirlər həyata keçirir.Dəhlizlərdə,akt zalının divarları boyu düzülmüş plakat və bildirişlər fövqəladə hallar zamanı hansı tədbirlərin görülməsi ilə bağlı kifayət qədər məlumat verir.Məktəb həyətinə daxil olan F.H.N-nin xüsusi yanğınsöndürmə,səhiyyə nazirliyinin təcili tibbi yardım maşınları sözügedən tədbirin bir hissəsi kimi diqqət cəlb edirdi.Xüsusi geyimli şagird və müəllimlərin fəallığı bu günki tədbirin xüsusi əhəmiyyətindən xəbər verirdi.Akt zalında şagirdlərin “Breyn-rinq xarakterli sual-cavab yarışı onların mülki müdafiə ilə bağlı məlumatlı olduğundan soraq verirdi.Fövqəladə hallar:zəlzələ,yanğın digər təbii fəlakətlər,müharibə zamanı mülki müdafiə ilə bağlı insanların bilklərə malik olması onların özləri ilə bərabər digər insanların da həyatının xilasına səbəb olur.Məktəbimizdə Fövqəladə hallarda necə hərəkət etmək lazımdır?sualına hər şagird ətraflı cavab verə bilər.Məlumdur ki,bu qaydalar təkcə bir gündə öyrədilə biməz.Bu baxımdan direktor A.Əzizovanın və müəllimlərimizin əməyi və tələbkarlığı təqdirə layiqdir.İnsanın yaşadıqca müxtəlif hallarla rastlaşması labüddür.Lakin bu halardan bilik və bacarığı ilə təhlükəsiz,zədə almadan çıxmaq hər birimizin qazandığımız vərdişlərdən asılıdır.Gəlin yaradanın əmanət verdiyi canımızı,dövlətimizin mülk və avadanlığlarını layiqli şəkildə qoruyaraq təsadüflərə qurban verməyək.Bu günki tədbirdə aşağıdakı vəzifəli şəxslər iştirak etdilər:

Mayor Quliyev Cavid-Nizami rayon MM-şöbəsinin müdiri

Mayor Kərimov Zaur-MM şöbəsinin rəis müavini

Kapitan Məmmədov Sübhan-növbə rəisi

Kapitan Vəlibəyov Mamed-Baş zabit

Kapitan Hacıyev Rəşad-Baş zabit

Aşurov Natiq Səyyar-Həkim

Ağayeva Zülfiyyə -Feldşer 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi