"Narkomaniyaya yox deyək"

Həyat gözəldir.Çətinikləri,qayğıları ilə yaşamaq dəyərlidir.İnsan oğlu qurub-yaradaraq dünyanın təkrarsız nemətlərindən bəhrələnir.Lakin elə bəşəri bəlalar var ki,onlar insanlığın məhvinə xidmət edir.Haqqinda bəhs edəcəyimiz narkomaniya da belə dəhşətlərdəndir.Narkomaniya təkcə bir fərdi deyil bir ailənin,bir nəslin,bir obanın bütövlükdə cəmiyyəti məv edəcək gücdə bəladır.Təsadüfi deyil ki,narkomaniya kimi iyrənc vərdişi özünə qazanc mənbəyinə çevirənlərin əsas hədəfi yeniyetmə və gəncləridir.Hələ yaşadıqlarını tam mənası ilə dərk etməyən gənclər dönüşü çətin yolda olduqlarını çox gec anlayırlar.Tibbin,psixologiyanın müalicəsində aciz qaldığı orqanizm,dağılmış ailə,yetim övladlar,yaşamaqda məna görməyən valideynlər budur narkomaniyanın bir insana vrə biləcəyi dəhşətli sonluq.Dövlətimiz müxtəlif təbliğat vasitələri ilə,hüququn ,qanunun qüvəssi ilə daim narkomaniya ilə mübarizə aparır.Bu baxımdan məktəb olaraq biz də öz məsuliyyətimizi dərk edir,bu ümumxalq dövlət işinə daim öz töhvəmizi verməyə çalışırıq.Sözügedən mövzuda müntəzəm keçirilən tədbirvə söhbətlər,rəsm sərgiləri dediklərimizə sübutdur.Biologiya müəllimi G.Səfərovanın yuxarı sinif şagirdləri ilə təşkil etdiyi “Narkomaniyaya yox deyək”adlı tədbir də bu qəbilədəndir.Şagirdlərin çıxışları,müəllimlərin tövsiyyələri bəlanı əks etdirən səhnəciklər görülən işlərin nəticəsiz qalmayacağından xəbər verirdi.Bəli,gəlin məktəb olaraq ailə,cəmiyyət olaraq narkomaniyaya yox deyək,bax o zaman daha sağlam bir cəmiyyətin nümayəndəsi olacağımıza ümid və inam bəsləyə bilərik