"Xocalıya ədalət"

Artıq fevralın 27-si olmasına baxmayaraq bu gün də məktəbimizdə "Xocalı faciəsi"ilə bağlı tədbir keçirildi.Həmişə fərqli işləri ilə seçilən ingils dili müəllimi Nigar xanım Yusifova bu gün yenə də yetirmələri ilə maraqlı bir işə imza atdı.O,şagirdlərlə birlikdə məlum faciənin dəhşətlərindən bəhs edən kompozisiya təqdim etdi.Yusifli Natəvanın ifasında ingilis dilində söylənilən Xocalı şeiri də Nigar xanımın qələminin məhsulu idi.Xarici dildə böyük bir kompozisiyanı ərsəyə gətirmək asan olmasa da bizim şagirdlərin əzmkarlığı və Nigar xanımın tələbkarlığı sayəsində baxımlı bir tamaşa meydana gəldi.Dinc şəkildə yaşayan insanların erməni quldurları təəfindən uşaqlı-böyüklü vəhşiliklə qətl edilməsi kompozisiyada öz əksini tapdı.Sonda Nigar xanımın öz təxəyyülünün məhsulu olaraq göstərir ki,ordumuzun əsgərləri Xocalı qatillərindən intiqam alırlar.Qalib əsgərlər sanki dünyaya səslənirmiş kimi "Xocalıya ədalət" nidaları ilə hayqırırlar.Tamaşa hər kəs tərəfindən maraqla qarşılanaraq böyük qisas gününə inam və güvən hissi oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi