Xocalının anım günü

26.02.2019-cu il tarixində Xocalı faciəsinə həsr olunmuş "Ana fəryadı" abidəsinə izdihamlı yürüş keçirildi.Əllərində bayraqlar,Xocalı faciəsini əks etdirən,düşmənə nifrət və intiqam dolu plakatlar tutmuş yüzlərlə insanlar abidəyə doğru yürüş etdilər.Bu tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçılığı ilə rayon sakinləri,kollektivlər,məktəblər də iştirak edirdi.Sözügedən ümumxalq hüzn günü tədbirində məktəbimizin nümayəndələri də var idi.Direktor A.Əzizovanın rəhbərlik etdiyi qrup Nizami rayon təmsilçiləri arasında idilər.Bu anım tədbiri bir daha xalqımızın birliyinin düşmənə nifrət və qəzəbinin bariz nümunəsi kimi dünyaya bəyan etdi ki,faciələrimizi unutmayacaq,unutdurmayacayıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi