"Xocalı faciəsini unutmayaq"

Məktəbimizdə 25 fevral tarixində sözügedən faciə ilə bağlı böyük tədbir keçirildi.Tədbir tarix müəllimi Ə.Rəna,biologiya müəllimi N.Gülmira və musiqi müəllimi M.Gülarənin təşkilatçılğı ilə baş tutdu.9 A,5B,5 D,5 C,6 A,6 Ç,6 C sinif şagirdlərinin iştirakı ilə ərsəyə gələn anım tədbirində faciələri əks etdirən şeirlər səslənmiş bədii kompozisiya nümayiş etdirilmişdir."Şəhidlər xiyabanı" adlı mahnı xorun ifasında böyük hüzn və kədərlə səsləndi.Məktəbin dəhlizlərində,akt zalının divarları boyu düzülmüş stendlərdə faciənin dəhşətlərini əks etdirən rəsmlərdən ibarət sərgilər təşkil olunmuşdur.