"21 fevral Beynəlxalq Ana dili günü"

Dil hər bir xalqın varlıq möhürüdür.Ana dili müqəddəsdir,ülvidir.Təsadüfi deyildir ki,hər kəsin dinlədiyi layla,hər kəsin ilk kəlməsi elə ana dilində söylənir.Bu dil yolumuza işıq tutaraq bizi elmin,kainatın sirlərinə doğru aparır.Dünya xalqlarının dilləri içərisində ana dilimiz,dövlətimizin rəsmi dili olan Azərbaycan dili də öz şərəfli yerini tutur.Dilimiz zaman-zaman təqiblərə,kənar müdaxilələrə məruz qalsa da öz varlığını günümüzə qədər qorumaqdadır.Ulu öndərimiz H.Əliyevin dilimizin saflığı uğrunda mübarizəsi,onun ana dilində mükəmməl çıxışları hər birimizin yaddaşında silinməz izlər qoyub.Böyük rəhbərin layiqli davamçısı Respublikamızın Prezidenti İ.Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən bədii əsərlər,tərcümə nümunələri yenidən nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.Dilimizin təbliği,qorunması hər kəsin vicdan borcudur.Bu baxımdan məktəbimizdə də ardıcıl tədbir və layihələr həyata keçilir.Sözügedən mövzuda 4 C sinfində keçirilən tədbir şagirdlər tərəfindən maraqla qarşılandı.Sinif rəhbəri T.Muxtarovanın təşilatçılığı ilə yetirmələri Ana dilimizə aid diqqətəlayiq bir tədbir ərsəyə gətirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi