Meyvə və tərəvəzlərin insan həyatında mühim rolu

Bakı Şəhər Təhsil İdarəsi  “Valideynin məktəbdə bir günü”adlı layihəsi ilə əlaqədar  11-22 fevral tarixlərində bütün müəllimlərimiz valideynlər üçün açıq dərslər və yekun tədbirlər hazırladılar.Həmin açıq dərslərdən biri biologiya müəllimi Cəfərova  Afət  rəhbərlik etdiyi 6 d sinfində keçirilən yekun tədbiri oldu.Bu tədbir “Meyvələrin bəhsi" başlığı altında biologiya və ingilis dilli yekun tədbir oldu.Şagirdlərin  meyvə və təvəz formalarında səhnədə çıxışı  hər kəsin marağına səbəb oldu. Onların həm ingilis həm də rus dilində olan sərbəst nitqi hamını heyran etmişdi.Şən musiqi sədaları altında rəqs edən uşaqlar hamıya xoş təəssürat bağışladı.Məktəbin direktoru A.Ə.Əzizova sonda bu tədbiri təqdirəlayiq hesab etdi.Gələcəkdə onları daha da gözəl şənliklər təşkil etməyə çağırdı və hamıya uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi