Sahibin yeni uğuru

Məktəbimizin XI sinif şagirdi Ə.Sahibin müntəzəm olaraq qazandığı uğurlar hamımızın sevincinə səbəb olur.Bu dəfə də Yeniyetmələr və Gənclər arasında kinboksinq üzrə Azərbaycan birinciliyində 67 kq çəki dərəcəsində uğurla çıxış edərək II yeri tutmuşdur.Gənc idmançımız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və gümüş medalla mükafatlandırılmışdır.İnanırıq ki,Sahib kimi bacarıqlı şagirdlərimiz məktəbimizin yeni uğurlarına imza atacaqdır.