Əyləncəli Riyaziyyat

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli əmrinə əsasən "Valideynin məktəbdə bir günü"layihəsinə start verilmişdir.Müasir məktəb şəxsiyyətin yalnız formal təhsil alması üçün deyil,həm də hərtərəfli inkişaf etməsi üçün yaradılmış mühitdir.Valideyn-məktəb əməkdaşlığı və bir-birini qarşılıqlı olaraq dəstəkləməsi şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir.Bu gün məktəbimizin 4 C sinfi adi riyaziyyat dərsindən fərqli olan "Əyləncəli Riyaziyyat" dərsini akt zalında keçirdi.Bu dərsdə məktəbin direktoru,müavinlər,müəllimlər və məktəbdə təhsil alan paralel siniflər də iştirak edirdi.Fikrimcə,bu "Əyləncəli riyaziyyat "saatı şagirdlərimin yaddaşında uzun müddət qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi