Xocalı faciəsinə həsr olunmuş idman tədbiri

14-15 fevral tarixində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş yarışa 13 sinif 260-dan çox şagird olmaqla 5-6-cı siniflər qatılmışdır.Tədbiri çıxış sözləri ilə başlayan məktəbin direktoru Aygün Əzizova faciə qurbanları haqqında tədbir iştirakçılarına məlumat verdi.Faciədə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndikdən sonra direktor yarışı açıq elan etdi.Yarışda siniflər 3 növ estafet üzrə mübarizə aparıblar.”Sədlərlə qaçış”,”Torba ilə tullanma”, “Hörümçək”.Yarışın ilk günündə təsnifat keçirildi və 5 B,5 Ç,6Ç və 6 A sinifləri finala vəsiqə qazandı.Yarışın ikinci günü 5 B və 5 Ç sinifləri arasında keçən gərgin idman mübarizəsi şəraitində gedən görüşdə 5 B sinfi 5-ci siniflər arasında kubokun sahibi oldu.6 Ç və 6 A siniflər arasında gedən yarışda isə 6 A sinfi 6-cı siniflər arasında kubokun sahibi oldu.5 B və 6 A siniflər arasında super finala gözləndiyi kimi gərgin keçərək 6 A sinfinin qələbəsi ilə başa çatdı.Tədbiri məktəbin fiziki tərbiyə müəllimləri Nağıyev Ağa,Baxşıyev  Fariz və Həşimov Elvir hazırlamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi