"Hərəyə bir kitab"

Fevralın 14-ü son illər Azərbaycanda "Beynəlxalq kitab bağışlama günü" kimi qeyd olunur.Bu gün münasibəti ilə 9 b sinfində də tədbir keçirilmişdir.Tədbirdə şagirdlər çıxışları,hazırladıqları səhnəcik vasitəsilə günün mahiyyətini açmağa çalışdılar.Onlar kitab haqqındakı aforizmlərdən istifadə edərək mütaliyə olan marağı artırmağa çalışdılar.A.Vəfa müəllimə və şagirdləri eyni zamanda asudə vaxtın səmərəli keçirilməsi ictimai yerlərdə ədəb qaydalarına əməl olunması barədə danışdılar.Tədbirin sonunda şagirdlər bir-birinə kitab bağışlayaraq günü yaddaqalan etdilər.Tədbirdə məktəbin direktoru Aygün Əzizova iştirak etdi.