Siqaretə yox deyək

İnsan övladı xeyirli,xoş əməllərlə bərabər bəzən ziyanlı vərdişlərə də meyl göstərir.Belə vərdişlərdən biri də siqaret çəkməkdir.Siqaretin insan orqanizminə vurduğu ziyan,açdığı sağalmaz mənəvi yaralar barədə dönə-dönə təbliğat aparılsa da hələ də cəmiyyətin bəlası  olaraq qalmaqdadır.Acınacaqlı hal budur ki,siqaret çəkənlərin sırasında yeniyetmələr,məktəbyaşlılar da az deyil.Bu baxımdan məktəbimizdə də bir sıra tədbirlər görülür.9 fevral ümumdünya siqaret günü münasibəti ilə məktəbimizin biologiya müəllimi G.Səfərova dərs dediyi  8 E və 8 B sinflərin şagirdləri tütünün insan sağlamlığına vurduğu ziyanı əks etdirən stend hazırlamışlar.Şagirdlərin öz təxəyyülünün məhsulu olan əl işləri maraq doğurdu.7 B sinif şagirdi N.Orucovanın “Əllərində siqaret yox,dünyanı tut” adlı əl işi hər kəsdə xoş ovqat yaratdı.Günel xanım yetirmələrinə tütünün orqanizm üçün yaratdığı təhlükələrdən və fəsadlardan bəhs edərək hər kəsi bu zərərli vərdişdən uzaq olmağa səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi