Beynəlxalq Təhlükəsiz İnternet Günü

2004-cü ildən etibarən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (İNSAFE) tərəfindən hər ilin fevral ayında "Təhlükəsiz İnternet günü" təşkil edilir. Bu il 5 fevral tarixinə təsadüf edilən"Təhlükəsiz İnternet günü" hal-hazırda 100-dən çox ölkədə qeyd edilməkdədir.Hər ilin fevral ayında keçirilən “Təhlükəsiz İnternet günü” dünyada gənclər və uşaqlar arasında onlayn texnologiyaların və mobil telefonların daha məsuliyyətli və təhlükəsiz istifadəsini təbliğ etmək məqsədi ilə təşkil edilir.İnternet zəmanəmizdə günlük həyatımızın bir hissəsinə çevrilmişdir.Yaşından asılı olmayaraq hər kəs ondan özünəməxsus şəkildə yararlanmağa çalışır.İnternet hər sahədə bilik,bacarıqlar əldə etmək üçün insanlara geniş meydanlar açır.Lakin bəzən elə insanlar var ki,internetin zərərli tərəflərinə meyl göstərir.Xüsusən yeniyetmələrin internetdən nəzarətsiz istifadəsi yol verilməzdir.Biz də məktəb,valideyn olaraq övladlarımızı elmin bu nailiyyətinin yaxşı tərəflərindən bəhrələnməyə yönəltməliyik.Çünki böyük Nizaminin sözləri ilə desək:"Bir inci saflığı varsa da suda artıq içiləndə dərd verir oda".4 -C sinif şagirdimiz Hacıyev Ramizin internet resuslarına aid çəkdiyi rəsmdə buna bir nümunədir.