Pedaqoji şura

31.01.2019-cu il tarixində məktəbdə birinci yarımilin yekunları ilə bağlı Pedaqoji şura iclası keçirilmişdir.İclası giriş sözü ilə açan direktor A.Əzizova kollektivimizin yenicə itirdiyi Samirə xanımın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Aygün xanım ənənəsinə sadiq qalaraq ad günü qeyd olunan müəllimi S.Qurbanovanı kollektiv adından təbrik edərək,hədiyyə təqdim etdi.Prezidentimiz İ.Əliyevin 15 illik hesabatında işiqlandırılan məsələlər direktor tərəfindən geniş şəkildə iştirakçıların nəzərinə çatdırıldı.Direktor keçirilmiş BSQ-lər yeni qimətləndirmə qaydaları barədə ətraflı məlumat verdi.IV siniflərdə keçirilən BSQ barədə direktor müavini Ü.Nuriyeva geniş və analitik məlumat verdi.Direktor müavini L.Sadıqova BSQ-lərin keçirilməsi zamanı ortaya çıxan nöqsanlar qazanılan təcrübə barədə danışdı.Metodbirləşmə rəhbərlərinin işi barədə söhbət açan Leyla xanım onlara günün tələbləri səviyyəsində fəaliyyət göstərməyi tövsiyyə etdi.Direktor A.Əzizova 1 həftəlik İsrail səfəri haqqında danışaraq onların elm,təhsil təcrübəsindən,yeniliklərdən bəhs etdi.Aygün xanım hər həftə valideyn iclaslarının keçirilməsini,məktəb-valideyn əməkdaşlığının vacibliyini qeyd etdi.Direktor Əzizova metodbirləşmə sədri,şura sədrlərinin yeni vəzifələri barədə təlimatlar verdi.