Vətənimizi tanıyaq

Vətənimizin bir-birindən gözəl güşələri əsrarəngiz təbiəti həmişə diqqət mərkəzində olmuşdur.Yazı da,qışı da gözəl olan yurdumuz zaman-zaman öz qonaqpərvərliyi,təkrarsız təbiəti ilə dilər əzbəri omuşdur.Belə ünvanlardan biri də Böyük Qafqazda yerləşən "Şahdağ Mİlli Parkı"dır.Tətilin ilk günü məktəbimizin 11 ci sinif şagirdləri direktor A.Əzizovanın rəhbərliyi,bir qrup müəllimin müşaiyəti ilə Şahdağa ekskursiyaya getdilər.Zirvəsi qarlı dağların qoynuna səyahət hər bir şagirdin yaddaşında silinməz iz qoydu.Coğrafiya müəllimi-sinif rəhbəri G.Şəhla xanım yetirmələrinə Şahdağın və ətraf ərazilərin coğrafi xüsusiyyətləri barədə məlumat verdi.Şən gülüşlər,xoş əhval-ruhiyyə ilə müşaiyət olunan ekskursiya yaddaşlarda məktəb illərinin unudulmaz xatirəsi kimi qaldı.