Şəhidlər unudulmur

20 yanvar tarixi xalqımızın tarixi yaddaşında dərin şırımlar açdı.İllər keçsədə hər bir yurddaşımız bu faciəni unutmur, gələn nəsillərə bu müsibətləri bəhs edərək onları tarixin dərslərindən nəticə çıxarmağı öyrədirlər.Bu baxımdan hər il "20 yanvar" faciəsinin anım günlərində məktəb olaraq bizim kollektiv də şagirdlərlə bərabər "Şəhidlər xiyabanını" ziyarət edirlər.Hər bir sinif rəhbəri şagirdlərinə bu faciənin mahiyyətini başa salır,şagirdlərimizin necə uca məqamda qərar tutduqlarını xatırladırlar.Tarixi faktlar sözügedən mövzuda yazılmır,şeirlər şagirdlərin yaddaşında silinməz izlər buraxır.Məktəbimizdə "20 yanvar" faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.Siniflərdə faciənin fotoşəkillərindən və şəhidlərlə bağlı digər materiallardan ibarət guşələr təşkil olunmuş,şagirdlərə xalqımızın başına gətirilən müsibətlər barədə müəllimlər tərəfindən dolğun məlumat verilmişdir.Mövzuyla bağlı şeir,rəsm müsabiqələri təşkil olunmuşdur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi