Viktorina

25.12.2018-ci il tarixindən etibarən “Dünya Azərbaycanlıların Həmrəylik Günü”və “Yeni il” münasibəti ilə direktor A.Əzizovanın rəhbərliyi  kitabxana müdiri S.Hüseynova,kitabxanaçı S.Cəlilova və UBTR  L.Məmmədovanın təşkilatçılığı ilə silsilə viktorinalara start verilmişdir.V-IX sinifləri  (Az-rus) məktəbin müxtəlif fənnlər üzrə fənn müəllimləri,ümumdünya görüşü üzrə isə kitabxanaçıların tərtib etdikləri suallar əsasinda viktorinaya qoşuldular.Ayri-ayri komanda halında yarışan şagirdlər direktor A.Əzizovanın birbaşa rəhbərliyi və iştirakı ilə elm,bilik yarışında xüsusi fəallıq göstərdilər.Bir-birindən maraqlı suallar,dolğun cavablar hər kəsin yaddaşında xoş xatirəyə çevrildi.Xalqımızın tarixini,ədəbiyyatını,incəsənətini əks etdirən suallar şagirdlərin dərin marağına səbəb oldu.Qüvvət elmdədir,başqa cür heç kəs, heç kəsə üstünlük üyləyə bilməz misraları keçirilən tədbirin əsas leytmotivinə çevrildi.Suallar arası fasilədə 5 B sinfinin hazırladığı mahnı,səhnəcik və şeirdən ibarət kompozisiya yarışmanın maraqlı məqamlarından oldu.Viktorinada xüsusi fəallıq göstərən şagirdlərə hədiyyələr qalib komandalara isə sertifikatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi