“İlin peşəkar gənci”

27 dekabr 2018 ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib.Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan 50 (əlli) istedadlı gənc AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.Təhsil işçisi olan 5 (beş) nəfər istedadlı gənc arasında məktəbimizin informatika müəllimi Feyzullayeva Natavan Hicrət qızı “İlin peşəkar gənci” fəxri adına layiq görülərək AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.Gənc həmkarımızı kollektivimiz adından bu uğuru münasibəti ilə təbrik edir, ona nailiyyətlərinin davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi