Firudin bəy Köçərli kitabxanasında

12 dekabr 2018-ci il tarixində,Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir keçirildi.Kitabxananın xidmət şöbəsi ilə Nizami rayon 251 saylı tam orta məktəbin və 4 A sinif şagirdlərinin birgə hazırladıqları tədbir,dahi şəxsiyyət,görkəmli lider və siyasi xadim olan Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı.Monitorda ömrünün son nəfəsinə qədər xalqı üçün çalışan və hər kəsin xatirində əvəzsiz xidmətləri ilə əbədiləşən ulu öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən videp slayd izlənildi.Tədbirdə məktəblilərin təqdimatında dahi şəxsiyyət Heydər Əliyevə həsr olumuş şeirlər ifa olundu və müxtəlif dövlətlərin,dövlət başçıları tərəfindən Ulu Öndərimizin ünvanına deyilən kəlamlar səsləndirildi.Sonra,kitabxananın müavini Z.Dadaşova çıxış edərək bildirdi ki,Heydər Əliyev böyük syasət üçün yaranan,təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olmuşdur.Təsadüfi deyil ki,siyasətçilər bu dahi insanı “liderin lideri” adlandırırdılar.Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir,onunla yaşayır və faydalanır.Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir.Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır,gələcəyə istiqamətlənmişdir.Anım mərasimi,uşaqların böyük vətənpərvərlik hissi ilə “Heydər Bayrağının altından keçək” adlı şeirinin söylənməsi və hörmət əlaməti olaraq Azərbaycan dövlətinin suverənliyi rəmzi sayılan üçrəngli bayrağın altından keçməsi və şagirdlərin “Şərəfli ömür yolu”,”Mən fəxr edirəm ki,azərbaycanlıyam”.”Dahi siyasətçi”,”Xalqa bağışlanan ömür”,”Şəxsiyyətin zirvəsi”,”Heydər Əliyev irsini öyrənirik”,”Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir” və digər ulu öndərə aid söyənən kəlamlarla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi