"Anım günü"

Respublikamızın bütün güşələrində olduğu kimi məktəbimizdə də ulu öndərin anım tədbirləri qeyd edilməkdədir.Məktəbimizdə anım günü direktor A.Əzizovanın və tarix müəllimi X.Əzizovanın məktəb radio qovşağında sözügedən tədbirlə bağlı çıxışları ilə başlandı.Təhsil müəssisəsinin dəhlizlərində böyük şəxsiyyətin həyat fəaliyyətini əks etdirən foto və kitablardan ibarət sərgilər şagirdlərin dərin marağına səbəb oldu.Hər bir sinifdə keçirilən ilk dərs ümummilli liderin anımı gününə həsr olundu.Müəllimlər bu dahi şəxsiyyətin Azərbaycan xalqının tarixində oynadığı önəmli roldan danışdılar.3 D Rzayeva Nərminə, 4 C Muxtarova Təranə,4 A Salahova Arzu,1D Qənbərova Arzu,4 D Babayeva Fəxriyyə,1Ç Xəlilova Könül,1B Qurbanova Sevinc,4Ç Nağıyeva Yeganə,2E Cavadova İradə,1E Cavadova Ziyarət,4E Ramazanova Emiliya xanım və başqaları şagirdlərə video təqdimatlar və digər materiallarla H.Əliyev şəxsiyyətinin,fəaliyyətinin xalqımızın tarixinin bir parçası olduğunu izah etməyə çalışdılar.Şagirdlər böyük rəhbərə həsr olunmuş şeirlər söyləyərək,sözügedən mövzuda çəkdikləri rəsmləri nümayiş etdirdilər.4 A sinfinin  şagirdləri sinif rəhbərləri ilə A.Salahova və direktor A.Əzizovanın rəhbərliyi ilə F.bəy Köçərli adına uşaq kitabxanasında keçirilən anım tədbirinə qatılanlar sırasında idilər.Böyük rəhbərin anım tədbirləri hər kəsin yaddaşında silinməz izlər buraxdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi