STEM

“Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin ” qalibi, layihəsinin rəhbəri - Aygün Əzizova.
3 dekabr 2018-ci il tarixində məktəbimizdə iki böyük layihənin təntənəli təqdimat mərasimi keçirildi.Bu fərqli bir tədbir təsadüf edir iki mühüm hadisəyə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 28 noyabr möhtəşəm keçən Azərbaycan müəllimlərinin 15-ci qurultayına. Qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması vurğulanmışdır. Qurultay böyük inam və nikbinliklə bəyan etdi ki, müstəqil Azərbaycanın müəllimləri və bütövlükdə təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabət qabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.
Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramovun hesabat məruzəsində təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar və qazanılan yüksək nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış, təhsil sistemi qarşısında duran vəzifələr dəqiq müəyyənləşdirilmişdir.Qurultay Azərbaycan Respublikası təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq,aktual istiqamətləri əhatə edən qətnaməni qəbul edir:
istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın reallaşdırılmasına nail olunması;
bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması;
yeni kurikulumlara və İKT əsaslı təlim metodologiyasına uyğun olaraq ümumi təhsil pilləsində dərslik hazırlığının təkmilləşdirilməsi, ehtiyat dərsliklərin, eləcə də elektron resursların və təlim materiallarının hazırlanması sahəsində sistemli işlərin davam etdirilməsi;
ölkəmizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında və beynəlxalq reytinqlərdə nəticələrinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;
Ümumi təhsildə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi; Məlumdur ki, təhsil müəssisələrində, müəllimlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq üçün artıq 2-ci ildir ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçirilir . Bu müqaisəni aparmaq istərdim TN düzgün 5 il əvvəli görərək, çox qürurvericidir ki iki vacib layihələri dəyərləndirərək II qrant müsabiqəsinin qalibi elan etmişdir, məktəbimiz hər 2 kateqoriya üzrə fərqlənə bilmişdir. Onlaran biri fərdi kateqoriyada yer almış informatika müəllimi Natavan Novruzəliyevanın “Arduino Azərbaycan” proqramlaşdırmaya əsaslanan layihə, digəri isə məktəbin layihəsi İbtidai siniflərin kurikulumunin praktik STEM məşqələləri ilə zənginləşdirilməsi: müqaisəli analizi və pilot proqramları. ( STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. )
Praktik STEM kurikulumları 6 hissədən ibarət olaraq, məsələnin qoyuluşu, beyin fırtınası, dizayn, istehsal (inşa etmək), test etmək və təkmilləşdirmək kimi hissləri əhatə edəcək. Beləliklə şagirdlər elmi-texniki bilgilərin layihə əsaslı tətbiqini öyrənəcəklər. Bu yanaşma ABŞ və xüsusilə Skandinaviya ölkələrində geniş yayılmışdır. Təcrübə göstərdi ki, dərslərin praktikliyi, dərsdə uşaqların interaktiv iştirakın təmin olunması, dərs zamanı onların düşünməyə, danışmağa və təqdimat etməyə vadar edən əsas problemlərdən biridir. STEM dərslərin zamanı şagirdlər vaxtın necə keçdiyin hiss etmirdilər. Onlar təqdimat, qrup işi və kommunikasiya bacarıqlarının inkişaf etdirdilər. Kritik düşünmə, kretivlik və problem həlli səriştələrinin inkişafı, özünə inamın artması vacib amillərdən biri oldu. STEM dərslərinin şagirdlərin müxtəlif qabiliyyətlərinə necə təsir göstərdiyi ölçdü: texniki bilgilər, praktik əl qabiliyyəti, kreativ qərarlar, kritik problem həlli qabiliyyəti, məntiqi təfəkkür, ünsiyyət, özünü ifadə etmə, qrup halında iş, gələcək ixtisas düşüncələri və kommunikasiya qabiliyyəti. Layihənin qiymətləndirilməsi üçün istifadə olunan hər bir meyar, hədəf və nəticə olaraq faiz nisbətində qiymətləndirildi.
Son olaraq məktəbin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirmək, təbiət, riyaziyyat, informatika, mühəndislik, o cümlədən robototexnika və s. kimi innovativ məzmunun tətbiqinə nail olmaqdır. Bu fikirlər təhsil sahəsində son dövrlərin ən əlamətdar hadisələrindən olan Azərbaycan müəllimlərininin XV qurultayında Təhsil naziri cənab Ceyhun Bayramovun çıxışında, eyni zamanda, qurultayın qəbul etdiyi qətnamədə də öz əksini tapmışdır. Biz də aktuallığını nəzərə alaraq 2-ci qrant müsabiqəsində məhz bu mövzulara müraciət etməklə ümid edirik ki, bu sahənin inkişafına azacıq da olsa,öz töhfəmizi verə biləcəyik.